Ukraynadakı vəziyyətlə əlaqədar 184 vətəndaşımız Rumıniyadan ölkəmizə təxliyə olundu - FOTO

Gündəm 17 Mart 2022 | 10:58
OXUNUB: 598

Ukraynadakı vəziyyətlə əlaqədar Rumıniyadan daha 184 vətəndaşımız bu ölkənin Yassi səhərindən Azərbaycana təxliyə edilib. Onlardan 16-sı uşaqdır.

AZƏRTAC xəbər verir ki, indiyədək “Azərbaycan Hava Yolları” QSC-nin təyyarələri ilə həyata keçirilən təxliyə zamanı əsasən qadınlara, uşaqlara, ahıllara və səhhətində problem olanlara üstünlük verilib.

Ölkəmizə təxliyə olunan vətəndaşlarımız göstərilən diqqətə və qayğıya görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Dövlət Miqrasiya Xidmətinin məlumatına görə, indiyədək 10 minə yaxın vətəndaşımız Ukraynadan ölkəmizə təxliyə olunub.

Qeyd edək ki, Ukrayna ilə həmsərhəd ölkələrdən vətəndaşlarımızın çarter reysləri və avtobuslarla təxliyəsi bundan sonra da davam edəcək.

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man