Qeyri-sabit hava şəraiti davam edəcək, Bakıda sulu qar yağacaq

Gündəm 14 Mart 2022 | 12:29
OXUNUB: 545

“Yaxın günlər ərzində ölkə ərazisində qeyri-sabit hava şəraitinin davam edəcəyi, fasilələrlə yağıntının müşahidə ediləcəyi, küləyin arabir 15-18, bəzi rayonlarda 20-23 m/s-dək güclənəcəyi gözlənilir”.

Bunu Avtosfer.az-a açıqlamasında Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva deyib.

Onun sözlərinə görə, temperatur rejimi aşağı olacaq, Bakıda 5-7 dərəcə intervalında dəyişəcək:

“Dağlıq rayonlarda gecə saatlarında 10-15, gündüz isə 3-8 dərəcə şaxta müşahidə olunacaq. Yağıntılar dağlıq və dağətəyi rayonlarda qar şəklində müşahidə ediləcək. Eyni zamanda, Bakıda və Abşeron yarımadasının bəzi şimal ərazilərində martın 15-dən 16-na keçən gecə yağışın sulu qarla qarışıq formada yağması ehtimal edilir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man