"YouTube" Rusiya kanallarını bloklayıb

Gündəm 12 Mart 2022 | 18:18
OXUNUB: 613

"YouTube" Rusiya kanallarını bloklamağa başlayıb.

Bu barədə şirkət məlumat yayıb. ""YouTube" bütün dünyada Rusiyanın dövlət media kanallarının dərhal bloklandığını elan edib. "Rossiya Seqodnya" media qrupunun kanalları da "YouTube"da bloklanıb", - deyə videohostinqin bəyanatında deyilir. Məhdudiyyət tətbiq edilənlər arasında həmçinin TASS dövlət agentliyi, VQTRK (Ümumrusiya Dövlət Televiziya və Radio Yayımları Şirkəti), Birinci Kanal, RBK, REN TV, NTV, "Moskva 24" və başqaları var. "Rossiya Seqodnya" Beynəlxalq İnformasiya Agentliyi və VQTRK federal dövlət unitar müəssisələridir. Onların "RİA Novosti", "Sputnik", "Ruptly", "Rossiya 1", "Rossiya 24" və digər kanalları da bağlanıb.

"Moskva 24" Moskva meriyasının dəstəyi ilə yaradılan "Moskva Media" holdinqinin bir hissəsidir. REN TV - NMQ qrupunun bir hissəsidir, NTV isə "Qazprom-Media"ya məxsusdur. Bundan əvvəl "YouTube" Rusiya istifadəçiləri üçün bütün monetizasiya funksiyalarını tamamilə dayandırmışdı. Bundan əlavə, platforma Rusiyadan olan istifadəçilər üçün reklamları qadağan edib.

Mənbə: Kommersant

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man