Türk Hava Yolları rusiyalılar üçün üçüncü ölkələrə bilet satışını dayandırıb

Gündəm 11 Mart 2022 | 00:13
OXUNUB: 2999

Türk Hava Yolları Rusiyadan gələn sərnişinlər üçün üçüncü ölkələrə bilet satışını məhdudlaşdırıb.

Şirkətdən bildirilib ki, sərnişinlər yalnız Rusiyaya gediş və gəliş biletləri əldə edə bilərlər. Həmçinin, Türk Hava Yolları martın 10-dan etibarən digər marşrutlar üzrə bilet satışını dayandırır. Beləliklə, bir şəxs Moskvadan İstanbul üzərindən Maldiv adalarına və geri uçuşa bilet ala bilər. Lakin məsələn, İstanbul - Nyu York reysi artıq rusiyalılar üçün əlçatan olmayacaq. Türk Hava Yolları nümayəndələrinin sözlərinə görə, belə məhdudiyyətlərə səbəb Rusiya kartlarının “Visa” və “Mastercard” sistemləri ilə bloklanması olub. Qeyd edək ki, bundan əvvəl Rusiyanın “Aeroflot”, “Pobeda” və “S7” aviaşirkətləri beynəlxalq uçuşların dayandırıldığını bəyan ediblər. Eyni zamanda, “Aeroflot” öz sərnişinlərinin digər aviaşirkətlərin reysləri ilə Rusiyaya qayıtmasına kömək edəcəyini, həmçinin istifadə olunmayan reyslərin pulunu geri qaytaracağını bildirib.

Mənbə: snob.ru

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man