Cəlilabadda 2 500 yaşı olan daş salnamə tapılıb

Gündəm 10 Mart 2022 | 21:16
OXUNUB: 619

Cəlilabad rayonunun Şatırlı kəndindəki meşəlik ərazidə 2 500 yaşı olan daş salnamə tapılıb.

Tapılan yazılı nümunə illərdir ki, kimsənin diqqətini cəlb etməyib. Lakin tarixçi Elşad Əmənov sal daşın üzərindəki işarələri araşdırdıqdan sonra məlum olub ki, bu, əslində adi daş yox, e.ə. V əsrə aid olan yazılı nümunədir. Tarixçi E.Əmənov bildirib ki, Runik qrafikası ilə yazılmış daş salnamə 14 işarədən ibarətdir. Tarixçinin sözlərinə görə, bu yazı növü 3 800 il bundan əvvəl yarınıb və müxtəlif xalqlar öz mədəniyyətlərini gələcək nəsillərə ötürmək üçün uzun müddət məhz bu əlifbadan istifadə ediblər: "Eramızdan əvvəl V əsrə aid olduğu bildirilən yazılı nümunədən bir neçə yüz metr kənarda qədim yaşayış məskəni mövcuddur. Daş üzərindəki işarələr səs düzülüşünə görə Mingəçevir abidələri ilə oxşarlıq təşkil edir". Qeyd edək ki, buradakı şərti işarələrə Şimali Qafqaz, Altay, Urmiya və Ön Asiyada da rast gəlinir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man