Ukrayna Rusiyanın 3 milyard dollarlıq texnikasını məhv edib

Gündəm 05 Mart 2022 | 23:59
OXUNUB: 1307

Hərbi əməliyyatlar zamanı Ukrayna ordusu 331,2 milyard rubl və ya 3 milyard ABŞ dolları dəyərində Rusiya texnikasını məhv edib.

Avtosfer.az xarici mətbuata istinadən xəbər verir ki, Rusiya Federasiyasının məhv edilmiş texnikası arasında 33 təyyarə, 37 helikopter, 251 tank və 939 zirehli döyüş maşını (ZDM) var. O cümlədən məhv edilmiş tanklar Rusiyaya 1 milyard ABŞ dollarına, ZDM-lər 600 milyon ABŞ dollarına, təyyarə və helikopterlər isə 1,1 milyard ABŞ dollarına başa gəlib. Texnikaların dəyəri açıq mənbələr əsasında hesablanıb. Hələlik hansı təyyarələrin vurulduğu məlum deyil. Rusiya bir ədədi 11 milyon ABŞ dollarına olan “Su-25”, ədədi 33 milyon ABŞ dollarına olan “Su-30”, ədədi 36 milyon ABŞ dollarına olan “Su-34” tipli təyyarələrdən istifadə edir. Ukrayna Silahlı Qüvvələri həmçinin hər biri 86 milyon ABŞ dollarına başa gələn iki “İl-76” təyyarəsini də vurub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man