"Aeroflot" bütün beynəlxalq aviareysləri dayandırır

Gündəm 05 Mart 2022 | 18:00
OXUNUB: 509

Rusiyanın ən böyük aviaşirkəti "Aeroflot" martın 8-dən Minskə uçuşlar istisna olmaqla, bütün xarici aviareyslərin yerinə yetirilməsini dayandırır. Martın 6-dan etibarən beynəlxalq reyslərə martın 8-dən sonra Rusiyaya dönüş bileti olan sərnişinlər buraxılmayacaq.

Avtosfer.az xəbər verir ki, bu barədə aviadaşıyıcının məlumatında deyilir.  Qeyd olunur ki, ləğv həmçinin "Rossiya" və "Avrora" aviaşirkətlərinin (SU5400-5799 və SU5950-6999 diapazonunda uçuşlar) cədvəlindəki beynəlxalq istiqamətlərə də şamil edilir. Rusiyaya geri qayıdış reyslərindən istifadənin mümkünsüzlüyü risklərini azaltmaq üçün "Aeroflot" martın 6-dan (Moskva vaxtı ilə saat 00:00-dan) 8 martdan sonra Rusiya Federasiyasına gediş-gəliş bileti olan beynəlxalq reyslərə sərnişinlərin qəbulunu dayandıracaq. Rusiyadan bir istiqamətə uçan sərnişinlər uçuş dayandırılana qədər aviareyslərə buraxılacaq.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man