Azərbaycanda hava şəraiti dəyişəcək, temperatur aşağı düşəcək

Gündəm 05 Mart 2022 | 16:28
OXUNUB: 631

"Mart ayının ilk 5 günündə düşən yağıntı aylıq normanın 25-50 faizini təşkil edib". Avtosfer.az xəbər verir ki, bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib. Onun sözlərinə görə, ötən günlər ərzində düşən yağıntı Abşeronda 36 faiz, ölkənin şimalında isə aylıq normanın yarıdan çoxunu təşkil edib: "Böyük və Kiçik Qafqazın dağ çaylarında suyun səviyyəsi 7-10 sm, Kürün yuxarı axında isə 26 sm yüksəlib".

Xidmət rəisi qeyd edib ki, yaxın üç gündə havanın temperaturunun iqlim normasından yüksək olacağı gözlənilsə də, martın 9-u axşamdan başlayaraq hava şəraitinin dəyişəcəyini, temperaturun xeyli aşağı düşəcəyini proqnozlaşdırırıq: "Temperatur Abşeronda fevral ayı ilə müqayisədə aşağı olacaq, 4-9 dərəcə isti təşkil edəcək. İkinci ongünlüyün birinci yarısında buludlu hava şəraitinin üstünlük təşkil edəcəyi, arabir yağıntılı olacağı, dağlıq rayonlarda qar yağacağı gözlənilir".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man