“Visa” Ukraynada əməliyyat komissiyalarını ləğv edir

Gündəm 04 Mart 2022 | 21:00
OXUNUB: 903

“Visa” ödəniş sistemi daxili əməliyyat tranzaksiyalarından imtina edir və 2022-ci ilin mart ayı ərzində ticarət zamanı daxili əməliyyatlar üçün banklararası komissiyaları dayandıracaq.

Avtosfer.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “Visa” şirkətinin mətbuat xidmətindən bildirilib. “Biz Ukrayna hökumətinin ödəniş infrastrukturunun sabitliyini və təhlükəsizliyini, həmçinin rəqəmsal ödənişlərdən istifadəni təmin etmək səylərini bölüşürük. Bunu dəstəkləyərək “Visa” daxili əməliyyat tranzaksiyalarını ləğv edir və 2022-ci ilin mart ayı ərzində ticarətdə daxili əməliyyatlar üçün banklararası komissiyanı dayandırır”, - rəsmi açıqlamada deyilir. Bundan başqa, “Visa” 2022-ci il mayın 31-dək xeyriyyə məqsədləri üçün ödənişlər üçün Ukraynada daxili banklararası tranzaksiya və ekvayrinq haqlarını müvəqqəti ləğv edir: "Bu tədbirlər bizim müştərilərimizə dəstək olmaq, həmçinin bu çətin dövrdə elektron ödənişlərin işləməsini təmin etmək məqsədi daşıyır".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man