Ukraynadakı səfirimiz Elmira Axundova niyə görünmür?-AÇIQLAMA

Gündəm 04 Mart 2022 | 01:00
OXUNUB: 1042

Ukraynada müharibə başladıqdan sonra Azərbaycan səfiri Elmira Axundovanın proseslərdə görünməməsi, soydaşlarımızın təxliyəsinin təşkilində iştirak etməməsi cəmiyyətdə bir sıra suallar yaradıb. 

Avtosfer.az bildirir ki, bu ağır günlərdə səfirin fəaliyətinin qanedici olmaması tənqid olunub. Ukraynadan qayıdan araşdırmaçı jurnalist Eynulla Fətullyev Elmira Axundovanın nə üçün görünməməsinin səbəbini açıqlayıb. Onun sözlərinə görə, səfir çox ağır əməliyyatdan çıxıb, və səhhəti ona prosesdə fəal iştirak etməyə imkan vermir: “Yazmaq istəmirdim, amma yazacağam! Səfir Elmira Axundovaya qarşı ədalətsiz və sərt münasibət bəsləyirik. Təxminən bir ay öncə Elmira xanım Türkiyədə ağır onkoloji əməliyyatdan çıxıb. Amma ağır xəstəliyə və ağrılara rəğmən prezidentin Kiyevə səfəri öncəsi öz xidməti vəzifəsinin icraatına dönüb. Mən bunu bilirəm! Hətta məşhur jurnalist Qordonla görüşdən sonra Elmira xanım gözümün qarşısında kəskin ağrılardan əziyyət çəkdi. Elmira xanım məğrurluğuna sığışdırmır, bunları söyləmir. Qadlndır! Amma mən ondan icazəsiz (yəqin bağışlayar!) deyəcəm. Elmira Axundovanın sağlamlığı imkan versəydi vəzifə başında olardı! Hamınızdan xahiş edirəm bu mövzunun üstündən keçək!”-deyə E.Fətullayev yazıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man