Rusiya “təsadüfən” NATO gəmisini vurarsa… - Politoloq

Gündəm 03 Mart 2022 | 21:40
OXUNUB: 1210

Ukraynada müharibə uzanarsa, Rusiya-NATO toqquşması ehtimalı artacaq. Birincisi, Ukrayna uğrunda savaşmaq istəyən xarici ölkə vətəndaşları Kiyevə axın etməyə başlayıblar. Savaşmaq istəyənlər arasında NATO-ya üzv ölkələrin vətəndaşları da var. İkincisi, NATO ölkələri Ukraynanı silahlandırır. Rusiya Ukrayna ərazisini bombardman edərkən həmin silahların çatdırılma məntəqələrini hədəf ala bilər. Üçüncüsü, Rusiya Ukraynaya Qara dənizdən də hücum təşkil edib. Rusiyanın NATO-ya üzv ölkələrdən birinin Qara dənizdə üzən hərbi gəmisini və ya bölgə üzərində uçuş həyata keçirən təyyarəsini vura bilmə ehtimalı artır.

Avtosfer.az axar.az-a istinadən xəbər verir ki, bu fikirləri politoloq Elxan Şahinoğlu səsləndirib.

"Əsas sual budur: Rusiya bilərəkdən və ya bilməyərəkdən NATO-ya məxsus gəmini və ya hərbi təyyarəni vurarsa və bu zaman hərbçilər ölərsə, Şimali Atlantika Blokunun reaksiyası necə olacaq?

Bu Moskvanın özünü necə aparacağından asılıdır. Rusiya üzr istəyərsə, gərginlikdən qurtulmaq mümkündür. Yox əgər Rusiya vurduğu hərbi gəmi və hərbi təyyarəyə görə haqlı olduğunu israr edərsə, NATO adekvat addımlar barədə düşünəcək. Bu halda haqqında çox danışılan Üçüncü Dünya müharibəsi riski artacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man