“İcazə” blanklarının qanunsuz satışına qarşı tədbirlər davam etdirilir - DANX

Gündəm 03 Mart 2022 | 17:03
OXUNUB: 415

Dövlət Avtomobil Nəqliyyatı Xidməti (DANX) “İcazə” blanklarının daşıyıcılar və şirkətlər arasında qanunsuz satışı ilə mübarizə tədbirlərini davam etdirir. Avtosfer.az xəbər verir ki, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da “İcazə” blanklarına daşıyıcının ştampının vurulması sırf onun məsuliyyəti və vəzifəsidir. Daşıyıcıların bəzi hallarda üzərilərinə düşən məsuliyyətə etinasız yanaşması xoşagəlməz nəticələrə və blankların qanunsuz satışına yol açır. Neqativ halların qarşısının alınması məqsədilə daşıyıcılar “İcazə” blanklarını xidmətdən təhvil alan zaman onları yerində şirkətin ştampı ilə möhürləməlidirlər. Dövlət Avtomobil Nəqliyyatı Xidməti prosedurun icrasına nəzarət edən əməkdaşlar ayırıb.

Qurumda, həmçinin “İcazə” blanklarının nömrələri əsasında hansı daşıyıcıya verilməsi qeydə alınır. Bu, daha sonra identifikasiya aparmağa və qanunsuz satış hallarını araşdırmağa imkan yaradır.

Dövlət Avtomobil Nəqliyyatı Xidməti sürücülərə və daşıyıcılara diqqətli olmağı tövsiyə edir. “İcazə” blanklarının qanunsuz satışı ilə rastlaşarlarsa, bu barədə [email protected] elektron poçt ünvanı, //www.facebook.com/AzDANX rəsmi feysbuk ünvanı və (+99412) 566 52 58 telefon nömrəsi vasitəsilə Dövlət Avtomobil Nəqliyyatı Xidmətinə məlumat vermələri xahiş olunur.

Qeyd edək ki, “İcazə blankları” ölkələr arasında razılığa əsasən daşımaların həcminə uyğun müəyyən olunan və beynəlxalq yükdaşımalarını icra etmək üçün tətbiq edilən sənəd növüdür. Bu sənəd ölkələr arasında daşımaların həcmindən asılı olaraq, kvota əsasında müəyyən olunaraq paritet qaydada mübadilə edilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man