Polşadan vətəndaşlarımız üçün çarter reysləri həyata keçiriləcək - RƏSMİ

Gündəm 02 Mart 2022 | 16:47
OXUNUB: 668

“Ukraynadakı vəziyyətlə əlaqədar yaxın günlərdə Polşa sərhədindən keçən Azərbaycan vətəndaşları üçün çarter reyslərinin həyata keçirilməsi planlaşdırılır”.

Avtosfer.az-ın məlumatına görə, bunu Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva keçirilən brifinqdə bildirib.

O, Polşa istiqamətində vətəndaşların sərhədi keçməsi ilə bağlı da danışıb:

“Söhbət çoxsaylı insanların sərhəd məntəqəsinə toplanmasından gedir. Kilometrlərlə növbə formalaşır və insanlar gözləməli olurlar. Vətəndaşlarımızdan xahiş edirik ki, sərhədi keçdikdən sonra səfirliklə əlaqə saxlayıb, qeydiyyata alınsınlar”.

O qeyd edib ki, təəssüf ki, baş verən hadisələr zamanı həyatını itirən soydaşlarımız da olub:

“Son məlumata görə, beş nəfər vətəndaşımız vəfat edib. Ukraynada olan vətəndaşlarımızdan xahiş edirik ki, hərbi qüvvələrin cəmləşdiyi yerlərdən uzaq olsunlar”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man