Rəşad Nəbiyev Ağstafada vətəndaşları qəbul edəcək

Gündəm 02 Mart 2022 | 16:15
OXUNUB: 516

Mərkəzi icra hakimiyyəti orqanları və digər idarəetmə qurumlarının rəhbərlərinin şəhər və rayonlarda vətəndaşları qəbulu cədvəlinə əsasən, rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev martın 11-də, saat 11:00-da Ağstafa şəhərində yerləşən Heydər Əliyev Mərkəzində (ünvan: Ağstafa rayonu, Hüseyn Arif küçəsi, 1) Ağstafa, Qazax və Tovuz rayonlarının sakinlərini qəbul edəcək.

Bu barədə Avtosfer.az-a nazirlikdən bildirilib.

Məlumata görə, nazir bu bölgələrdə göstərilən nəqliyyat, telekommunikasiya, o cümlədən internet, televiziya və radio yayımı və poçt xidmətləri sahəsində əhalini maraqlandıran məsələlərlə bağlı vətəndaşları dinləyəcək.

Qəbula yazılmaq üçün martın 10-na qədər nazirliyin “Çağrı” Mərkəzi (1655), elektron poçtu ([email protected]) və 012 598 58 58 (daxili 222 və 290) nömrəli telefon vasitəsilə müraciət etmək mümkündür.

Vətəndaş qəbulunda iştirak etmək istəyənlər, həmçinin Ağstafa, Tovuz və Qazax telekommunikasiya qovşaqlarına (050 833 03 40) müraciət edə bilərlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man