200-ə yaxın soydaşımız Xarkovdan çıxarılır - RƏSMİ

Gündəm 02 Mart 2022 | 11:38
OXUNUB: 880

“İndilərdə Xarkovdan qatar Lvov şəhərinə yola çıxır və 200-ə yaxın soydaşımız günorta saatlarına şəhərə çatacaq”.

Avtosfer.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli bildirib.

O deyib ki, ötən gün təxminən 400 azərbaycanlı Lvov şəhərinə təxliyə olunub:

“Bu gün başqa bir qatarın da Xarkovdan çıxması gözlənilir. Kimlər Xarkovdan çıxmaq istəyirsə, bizə müraciət etsinlər”.

S.Adıgözəlli qeyd edib ki, bu gün Kiyev şəhərindən də azərbaycanlıların təxliyəsi olacaq.

Qeyd edək ki, müharibə ilə bağlı vətəndaşlarımız müxtəlif yollarla Ukraynadan çıxarılır və Azərbaycana gətirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man