Azərbaycan diasporu Xersondakı soydaşlarımıza səsləndi: “Təxliyə mümkün deyil”

Gündəm 01 Mart 2022 | 16:22
OXUNUB: 676

“Xerson şəhəri tam mühasirədədir. Dünən saat 05:00-dan başlayaraq Rusiya hərbi karvanı qərb istiqamətindən şəhərə daxil oldu, genişmiqyaslı hücumu başladı”.

Bunu APA-ya açıqlamasında Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri Əlimərdan Kərimov bildirib.

Ə.Kərimov deyib ki, şəhərdə bir məktəb və bir çoxmərtəbəli bina raket zərbəsinə tuş gəlib, hazırda şəhər daxilində döyüşlər gedir.

Şəhərdən təxliyənin təhlükəli olduğunu vurğulayan Ukrayna Xerson Azərbaycanlıları Diaspor Təşkilatı Ağsaqqallar Şurasının sədri azərbaycanlı əhalini evlərində qalmağa çağırdıqlarını söyləyib:

“Düzdür, əhali minimum müddət üçün ərzaq toplayıb, telefonlar hələ işləyir, elektrik var. Bəzi yerlərdə telefon xətləri qırılıb, ancaq əksər yerlərlə telefon əlaqəmiz var. Ancaq mağazalarda ərzaq məhsulları da tükənir. Şəhərdə dünən gəzmək mümkün idisə, bu gün artıq gəzmək çox təhlükəlidir, faktiki mümkünsüzdür. Ona görə də soydaşlarımızı “WhatsApp” qruplarımızda, sosial şəbəkələrdə evlərində qalmağa çağırırıq. Soydaşlarımız arasında yaralanan və həyatını itirənlər yoxdur. Ancaq artıq evdən çıxmaq təhlükəlidir, təhlükəsizlik üçün ilk növbədə evdə qalmaq lazımdır”.

Ə.Kərimov Xersonu tərk etmək üçün müraciət edən soydaşlarımıza da evlərində qalmağı tövsiyə etdiklərini söyləyib:

“Çünki şəhərdən təhlükəsiz çıxış faktiki mümkün deyil”.

Qeyd edək ki, Xerson şəhər meri İqor Kolxayev “Facebook” səhifəsində yazıb ki, şəhər atəş altındadır:

“Yaşayış evləri və şəhərdəki digər mülki obyektlər yanır. Mən hazırda öz yerimdəyəm. Mənim indi vəzifəm Xersonda Ukrayna bayrağının dalğalanmasını, mülki vətəndaşların həyatının qorumasını təmin etməkdir. Şəhər yaşamalıdır, küçələrə çıxmayın. Mən Rusiya hərbçilərinə və onların rəhbərliyinə müraciət edirəm. Siz istədiyinizi almısınız. Bizim şəhəri tərk edin, mülki əhaliyə atəş açmanı dayandırın”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man