Kiyevdə bir Azərbaycan vətəndaşı saxlanıldı - digər isə itkin düşdü

Gündəm 01 Mart 2022 | 14:52
OXUNUB: 731

Ukraynada Kiyevin-Jitomir trasında fevralın 28-də axşam saatlarında Ukrayna hüquq mühafizə orqanları tərəfindən Azərbaycan vətəndaşı Manafov Ruslan saxlanılıb.

30-35 yaşlarında olan azərbaycan vətəndaşının hazırda harda saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.

Dünən həmçinin Kiyevdə daha bir Azərbaycan vətəndaşı evindən çıxıb, lakin geri qayıtmayıb. Ukraynada yaşayan azərbaycan vətəndaşlarına bu günlərdə evdən bayıra çıxmamaq tövsiyyə olunur.

Qeyd edək ki, Azərbaycanın Ukraynadakı səfirliyi dünən Kiyevdə tətbiq edilən komendant saatı ilə bağlı Azərbaycan vətəndaşlarına müraciət edib.

Müraciətdə qeyd olunur ki, komendant saatı zamanı piyada gəzmək qəti qadağandır.

"Kiyevdə komendant saatı saat 20:00-dan 07:00-dək davam edəcək. Bu zaman yalnız Kiyev şəhərinin Hərbi Komendantının yeni tipli xüsusi buraxılışa malik olanlar şəhər ətrafında hərəkət edə bilər. Əvvəllər verilmiş buraxılışlar ləğv edilir. Biletlər yalnız nəqliyyat üçün verilir. Komendant saatı zamanı piyada gəzmək qəti qadağandır! Komendant saatı zamanı xüsusi buraxılış olmadan küçədə olacaq mülki şəxslər təxribat-kəşfiyyat qruplarının üzvləri hesab olunacaqlar”, - müraciətdə deyilir.

///Report

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man