Naviqasiya sistemləri niyə düzgün işləmir- EKSPERT DANIŞDI

Gündəm 28 Fevral 2022 | 21:57
OXUNUB: 964

"Azərbaycanda istifadə olunan bir çox naviqasiya sistemləri var. Onlardan ikisi daha etibarlıdır. Biri dövlət tərəfindən yaradılmış “AzNav” naviqasiya sistemidir. Digəri isə “Caspian NavTel” naviqasiya sistemidir". Avtosfer.az xəbər verir ki, bu sözləri yol hərəkəti qaydaları üzrə ekspert Elməddin Muradlı deyib. Onun sözlərinə görə, digərləri çox təəssüflər olsun ki, pul xərcləməmək üçün “Google Maps”dan və ya digər ölkələrin naviqasiya sistemindən istifadə edirlər: "Həmin ölkələrin naviqasiya sistemi dəqiq olmur. Ən böyük problem də odur ki, “Maxim”, “Yandex” kimi taksi şirkətlərinin istifadə etdiyi naviqasiya şirkətləri var ki, orada Azərbaycanın tarixi torpaqları erməni adı ilə qeyd olunur. Bu baxımdan Azərbaycan naviqasiya sistemlərindən istifadə ilə bağlı qanunvericilik səviyyəsində məsələyə baxmalıdır. Başqa ölkələrin naviqasiya sistemlərini burada tətbiq etməyə heç bir lüzum yoxdur. Çünki dövlətin yaratdığı mükəmməl sistem var. Onlar üçün fərqi yoxdur ki, həmin şirkət bizim ərazilərimizi Azərbaycan və ya erməni dilində yazıb. Həmin sistemləri təkmilləşdirmək üçün dövlətin nəzarətində olan müəssisələrin qanunvericilik səviyyəsində elə təkmilləşdirmək lazımdır ki, hər kəs rəsmi naviqasiya sistemindən istifadə etsin".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man