"Bandatdel" Kürdəmirdə əməliyyat keçirdi:silah və narkotik - FOTO - VİDEO

Gündəm 28 Fevral 2022 | 12:08
OXUNUB: 432

Daxili İşlər Nazirliyi Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən üzərlərində qanunsuz olaraq odlu silah-sursat gəzdirən şəxslərə qarşı əməliyyatlar həyata keçirilib.
Daxil olan əməliyyat məlumatı əsasında Baş İdarə əməkdaşları tərəfindən keçirilən tədbir zamanı Bərdə rayon sakini  rayon sakini Razi Süleymanov saxlanılıb. Onun üzərində şəxsi axtarış aparılan zaman 1 ədəd  xüsusi kustar üsulla qələm-tapança formasında hazırlanan atəş üçün yararlı odlu silah, həmin silaha məxsus 3 ədəd patron və 4 qram psixotrop maddə metamfetamin aşkar edilib. 
Baş İdarə əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zaman isə üzərində qanunsuz olaraq odlu silah-sursat gəzdirməkdə şübhəli bilinən daha bir nəfər - Kürdəmir rayon sakini Zaur Kərimov da tutulub. Onun üzərinə baxış zamanı 1 ədəd “Naqan” markalı atəşə yararlı tapança, həmin silaha məxsus 7 ədəd patron aşkar edilib. 
Qeyd olunan faktlarla əlaqədar saxlanılanların hər biri barəsində Baş İdarədə Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb. Adları sadalanan şəxslər barəsində həbs qətimkan tədbirləri seçilib. Saxlanılanların cinayət əlaqələrinin aşkar edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man