Şamaxıda kart ödəmə sistemi düzgün işləmir - VİDEO

Gündəm 27 Fevral 2022 | 16:16
OXUNUB: 776

Şamaxı rayonunda kartla işləyən avtobuslardan  narazılıqlar yaranıb. Vətəndaşlar iddia edir ki, kartı validatora yaxınlaşdıranda balansda pul olmadığı  göstərilir. Bir müddət sonra isə balansdan pul çıxıldı deyə məlumat gəlir. Məsələyə aidiyyəti qurum münasibət bildirib.

Şamaxı şəhərində marşrutlarda olan kart ödəmə sistemi düzgün işləmir. Vətəndaşlar bildirib ki, onların istifadə etdikləri kartların balansında pul olsa da avtobuslar daxilindəki ödəmə aparatları olan validatorlar  düzgün işləmir. Kartı aparata yaxınlaşdıranda balansda pul olmadığı  göstərilir. Bir müddət sonra isə balansdan pul çıxıldı deyə məlumat gəlir. Bəzi vətəndaşlar isə iddia edir ki,onların kartlarında olan balans tez qurtarır. Şamaxı "Sərnişin Servis" MMC-nin diretoru Mədət Nəhmədov Avtosfer.az-a bildirib ki, Şamaxı şəhərində bir neçə avtobusda təmassız texnologiyanı dəstəkləyən, bank kartları və mobil cihazlardan ödəniş etmək imkanı yaradan yeni sistem quraşdırılıb. Sistem istənilən bank kartını dəstəkləyir. Validator  aparatları hazırda işlək vəziyətdədir. Vətəndaşlar  validator aparatın uzərinə kartı yerləşdirdikdə kartda pulun olub-olmadığını bildirir. Kartın  üzərinə "X"  işarəsi görünürsə  deməli kartda pul yoxdur. Ya da kartda hansısa bir problem var. Bəzən vətəndaşlar özəl kartlardan istifadə edərkən duzgün əməliyat aparmadıqda belə vəziyətlə üzləşirlər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man