Paytaxtda Xocalı şəhidlərinin xatirəsinə 613 ağac əkildi - FOTO

Gündəm 25 Fevral 2022 | 17:04
OXUNUB: 400

Xalqımızın qan yaddaşı, dinc insanlara qarşı Erməni millətçilərinin törətdiyi ən qanlı və faciəvi soyqırım hadisəsi olan Xocalı  faciəsinin otuzuncu ildönümü ilə əlaqədar Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən   paytaxtın Nərimanov rayonundakı Məmməd Araz və Aşıq Molla Cümə küçələri boyunca olan ərazidə qurumun əməkdaşları və struktur bölmələrin işçilərinin iştirakı ilə  növbəti iməclik təşkil edilib.

İməcliyin keçirildiyi ərazi yararsız tullantılardan təmizlənərək burada 613 ədəd yeni, əsas etibarı ilə Eldar şamı, kiparis və digər ağaclar əkildi.

Keçirilən iməclik bu ərazidə ekoloji tarazlığın bərpası və ərazinin gözəlləşməsi istiqamətində görülən işlərin davamıdır. İməclikdə əkilən ağaclara gələcəkdə qulluq göstərilməsi üçün suvarılma məsələlərin həll edilib, ərazi üzrə cavabdehlər müəyyənləşdirilib.

Mövsüm ərzində Bakı şəhərinin yaşıllaşdırılması, yaşıllıqlara qulluq və abadlıqla bağlı işlərin davam etdirilməsi nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man