Bakının bitməyən parklanma problemi: Çıxış yolu nədir? - VİDEO

Gündəm 24 Fevral 2022 | 21:33
OXUNUB: 1074

Paytaxt Bakıda parklanma sarıdan problemlər günü-dündən artmaqdadır. 

Avtosfer.az-ın məlumatına görə, yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, Bakıda hazırkı parklanma probleminin əsasında bir neçə səbəblər var. Başlıca səbəblər tikinti-şəhərlsalma, məskunlaşma məsələləri, ictimai nəqliyyatın ürəkaçan olmayan hazırkı vəziyyəti, həmçinin ümumi nəqliyyat infrastrukturunun qənaətbəxş olmaması və mikromobilliyə keçidin aşağı səviyyədə olmasıdır. Bununla yanaşı, 2015-ci ildən hazırlanmalı olan parklanma sahəsinin təkmilləşdirilməsi, parklanma yerlərinin təşkili ilə bağlı normativ hüquqi akt da hələ ki, təqdim edilməyib. Halbuki indiyə qədər bu məsələ normativ- hüquqi aktlarla öz həllini tapmalı idi. Elə bu səbəbdən də parklanma problemi hərəkətin fasiləsizliyinə maneə törətməkdə davam edir. Ekspert vurğulayır ki, bu sahəyə faktiki olaraq nəzarət olduqca aşağı səviyyədədir. Nəticədə kim gəldi parklanma yerləri təşkil edir, tıxaclara və digər çətinliklərə səbəb olur. Ərşad Hüseynov hesab edir ki, qısa zamanda parklanma yerlərinin təşkili zamanı istifadə qaydaları müəyyən edilməli, həmçinin ərazilərə görə ödənişli və ya ödənişsiz parklanma yerləri ayrılmalıdır. Əks halda, gələcəkdə bu problem daha da qabarıq hal alacaq və nəticədə insanlar əziyyət çəkməkdə davam edəcəklər.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man