Bir ailənin məhvinə gətirən qəzanın səbəbi nə idi: Nahamar yol, yoxsa yüksək sürət? -FOTO

Gündəm 21 Fevral 2022 | 12:28
OXUNUB: 1368

Fevralın 17-də Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində körpüdən avtomobilin aşması nəticəsində bir ailənin bütün üzvləri həyatlarını itirib. Qəzanın görüntüləri sosial şəbəkələrdə yayıldıqdan sonra bir sıra vətəndaşlar qəzanın səbəbi kimi yolun hamar olmamasını göstərirdilər. Bir neçə gün öncə qəza baş verən ərazidə təmir işləri aparılmağa başlanılıb.

Məsələ ilə bağlı Trend-in suallarını cavablandıran Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin Mətbuat xidmətinin rəhbəri Anar Nəcəfli bildirib ki, istər qəzanın baş verdiyi yol, istər başqa problemli yollarda zaman-zaman təmir işləri aparılır: "Təmir elədir ki, günlərlə davam eləmir. Müəyyən ərazilər olur ki, həmin işlər icra olunur. Müəyyən problemli ərazilərdə isə sürət limiti var. Həmin körpülərdə sürət həddi 60 km/saatdır", - deyə o əlavə edib.

Qeyd edək ki, Bakı-Quba-Rusiya yolunun H.Z.Tağıyev qəsəbəsindən keçən hissəsində baş verən qəza nəticəsində sürücü, 37 yaşlı Seymur Əliyev, onun həyat yoldaşı 23 yaşlı Fidan Ələkbərova və bir yaşlı övladları Həmzə Əliyev hadisə yerində ölüblər.

Dövlət Yol Polisi İdarəsi ötən həftə Sumqayıtda 3 nəfərin ölümü ilə nəticələnən yol qəzasının ilkin səbəbini açıqlayıb.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi polis polkovnik-leytenantı Namidan Piriyev isə bildirib ki, qəzaya əsas səbəb sürət həddinin yüksək olmasıdır. “Düzdür, Bakı-Quba yolunun bəzi hissələrində nahamarlıqlar var. Məhz bu səbəbdən həmin yolda sürət həddi 110 km saatdan 90 km saata endirilib. Hətta bəzi yerlərdə daha aşağı sürət həddi müəyyən edilib. Məlumdur ki, yolda təmir işləri davam edir. Bu, bir günə, bir aya həll olunası məsələ deyil. Lakin bu müddət ərzində sürücülər xüsusilə diqqətli olmalıdır. Qanunvericilikdə də göstərilir ki, sürücü yolun vəziyyətini, hərəkət şəraitini nəzərə alaraq ona uyğun sürət həddi seçməlidir. Həmin qəzada bir sıra digər amillər də var. Belə ki, qəzaya düşən şəxslərin yaxınları vəfat etdiyi üçün tələsik yola çıxıblar. Ailənin vəziyyəti, həm stress və həyəcan, həm də yüksək sürət həddi qəzanın baş verməsinə təsir göstərib. Təhlükəsizlik kəmərinin taxılmaması da hadisənin nəticəsini ağırlaşdırıb. Təbii ki, bunlar hamısı ilkin ehtimallardır, hadisə ilə bağlı hələ istintaq gedir. Yol polisi dəfələrlə sürücülərə müraciət edərək mənzil başına tez yox, sağ-salamat çatmaq üçün qaydalara riayət etməyə çağırıb. Bir daha bildiririk ki, ilk növbədə özümüzün və yaxınlarımızın həyatını düşünərək addım atmalıyıq" - deyə o, vurğulayıb.

Bir ailənin məhvinə gətirən qəzanın səbəbi nə idi: Nahamar yol, yoxsa yüksək sürət? (FOTO/VİDEO) - Gallery Image

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man