TIR sürücülərinin etirazının PƏRDƏARXASI

Gündəm 18 Fevral 2022 | 19:18
OXUNUB: 807

Dünən paytaxtın mərkəzində nəqliyyatın hərəkətini iflic edən TIR-larla yol kəsmə aksiyasının əsl səbəbləri getdikcə aşkar olmağa başlayır. Əldə edilən bəzi məlumatlardan belə məlum olur ki, hadisənin kökündə əslində başqa məqamlar durur. Məlum olur ki, keçən ilin 4 iyun tarixində beynəlxalq yükdaşımalar üçün yeni qaydalar müəyyən edildiyindən bəzi dəyişikliklər əvvəlki dövrdə nəqliyyat mafiyasının tərkibində olan, bütün məsələləri öz əllərində saxlayan bir neçə insanı ciddi narahat edir.

Belə ki, təxminən 8 aydır müəyyənləşdirilib ki, avtomobil nəqliyyatı ilə beynəlxalq yük daşımaları üçün "icazə blankları"nı artıq Dövlət Avtomobil Nəqliyyatı Xidməti verməyəcək. O vaxtdan Nəqliyyat Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Assosiasiyası bununla bağlı razılaşma əldə ediblər. Beləcə, razılaşmaya görə, o gün - bu gün avtomobil nəqliyyatı ilə beynəlxalq yükdaşımalar üçün əhəmiyyət kəsb edən ''icazə blankları''nın bölüşdürülməsi ABADA İctimai Birliyi tərəfindən həyata keçirilir.

Bununla da Agentlik vaxtı ilə mövcud olan həmin nəqliyyat mafiyasını dağıtmış oldu ki, 140 şirkət müvafiq sənədi alıb. Qiyməti 32 dollar olan müvafiq ''icazə blankları"nı alan heç kimə işini qaldığı yerdən davam etdirmək üçün hər hansı bir maneçilik yaradılmır. 

Məlum olub ki, 140 daşıyıcıdan yalnız biri, daha dəqiqi Rəmiş Cəfərov icazə vərəqələrinin bölgüsünə qarşı çıxıb, özünə əlavə imtiyazlar tələb edib. Hər hansı bir sahibkarlıq hərəkatını həyata keçirmək üçün əvvəlcə dövlətdən icazə alıb, sonra onu həyata keçirmək lazım olduğu halda 2022-ci il ərzində Rəmiş Cəfərova məxsus olan daşıyıcı şirkət tərəfindən heç bir icazə əldə edilməyib.

Buna baxmayaraq Türkiyədən yük vurulması haqqında məlumat verib. Və sorğulananda ki, axı digər icazələr verilməyib, bu necə baş verə bilər?! O zaman belə bir mənzərə ortaya çıxıb. Nəticədə Bakıda günün müəyyən zamanına kimi sakinlərin gediş-gəlişində ciddi problem yaranıb. 

Daşıyıcı şirkət rəhbəri Rəmiş Cəfərovun buna kimi bir neçə dəfə müxtəlif yollarla quruma üzv olmağa çalışdığı barədə Azərbaycan Beynəlxalq Avtomobil Daşıyıcıları Asossasiyasında məlumatların da yer alması əslində baş verən hadisənin məğzini qənşərə çıxarır. Rəmiş Cəfərov ABADA-ya üzv qəbul olunduqdan sonra məlum olub ki, o səndemə əvvəl nəqliyyat mafiyasının aparıcı üzvlərindən olub. 

Buradan dünənki xoşagəlməz tıxacın əsl səbəbinin də məhz Rəmiş kimilərin əvvəlki dövrdə yararlandıqları imkandan məhrum olduqları, xüsusi mövqelərini itirdiklərindən belə etdikləri aydınlaşmış olur.

Lakin bu özbaşınalığı fürsət bilib ondan istifadə edib məsələni siyasiləşdirmək istəyən radikal müxalifət və müxalifyönlü hüquq müdafiəçiləri isə hər zaman olduğu kimi, bu dəfə də məsələdən divident qazanmağa can atırlar. Əvvəllər bu ''icazə blankları''nın bölüşdürülməsi sırf qohum-əqrəbalar arasında həll edilirdisə, indi bu icazədən hər bir vətəndaşın çox asanlıqla yararlanmaq imkanı var - sənədi ver, "icazə blankı"nı götür. 

Azərbaycan özəl təşkilatların beynəlxalq avtomobil daşımalarında iştirak mexanizmini təkmilləşdirmək daşıyan son islahatlara qarşı çıxan bu cür sahibkarların davranışları bərabərhüquqluluq prinsipinə zidd davranışdan, özbaşınalıqdan başqa bir şey deyil. 

İcazə blanklarının yeni qaydalarla verilməsi qanun pozuntularının, diqqətdən qaçan digər aspektlərin aşkar edilməsi, sahibkarların dövlət və hökumətin qərar vermə prosesində iştirakının təmin edilməsi məqsədilə atılmış addımdır və yerli daşıyıcıların problemlərinin həlli üçün daha səmərəli işləməyə imkan verir. Uzun illər mafiya şəklində fəaliyyət göstərən bu cür daşıyıcıların hərəkətləri isə təəssüflər olsun ki, cəmiyyətdə hər dəfə doğru anlaşılmır.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man