Adı naməlum olan ünvanlar: Hansı tərəfə gedək? - VİDEO

Gündəm 18 Fevral 2022 | 19:36
OXUNUB: 1230

Sağa gedən yol, yaşıl rəngli aptekin arxası, məscidin yanı... Bu ifadələr bəzi qəsbə və kəndlərdə əslində küçə adlarını əvəz edir. Hansı ki, həmin ərazilərdə yaşayış uzun müddətdir mövcuddur.

Bu vəziyyət Binə qəsəbəsi üçün başlıca problemə çevrilib. Belə ki, sakinlər fövqəladə hal baş verdikdə və ya təcili yardım çağırmalı olduqda, ünvan təqdim edə bilmirlər.

Oxşar vəziyyət Gəncə şəhəri Gülüstan qəsəbəsində də hökm sürür. Burada da küçələrdə ünvan lövhəsi yoxdur. 

Məsələ ilə bağlı həm Xəzər, həm də Suraxanı Rayon İcra Hakimiyyətindən "Xəbər Ertəsi"nə bildirildi ki, Binə qəsəbəsindəki bütün küçələrin adları Ünvan Reyestri Sistemində var. Ünvan lövhələrinin asılmasına gəlincə isə, bu məsələ Əmlak Məsələləri Dövlət Xidmətinin səlahiyyətindədir. Gəncə Şəhər İcra hakimiyyətindən də oxşar cavab aldıq. Buradan da deyildi ki, Gülüstan qəsəbəsində bütün küçələr adlandırılıb, ancaq ünvan lövhələrinin asılması İcra hakimiyyətinin salahiyyətlərinə aid deyil.

Əmlak Məsələləri Dövlət Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Elmar Yaqubov isə xəbər ertəsinə bildirdi ki, ünvan lövhələrinin hazırlanması və quraşdırılması ilə bağlı yeni təkliflər hazırlanıb və aidiyyəti dövlət orqanlarına təqdim edilib. Əgər təklif təsdiq ediləcəyi təqdirdə bundan sonra həmin lövhlərin quraşdırılması da yerli icra hakimiyyətləri tərəfindən həyata keçiriləcək.

Avtosfer.az xəzər tv-nin hazırladığı videomaterialı təqdim edir: 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man