Bakıda bu ərazilərdə iki yeni metrostansiya tikiləcək - RƏSMİ AÇIQLAMA

Gündəm 17 Fevral 2022 | 16:18
OXUNUB: 3983

"Bakıda Badamdar və Bibiheybət ərazilərində yeni metro stansiyaların açılması gələcək planlarda nəzərdə tutulub".

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovun Avtosfer.az-a verdiyi məlumata görə, "İçərişəhər"dən sonra dörd stansiyanın inşası nəzərdə tutulub:

"Onların arasında Badamdar da var. Sarı xətt üçün isə Binəqədidən başlayaraq 11 stansiya olacaq və sonu isə Bibiheybət olacaq. Bunların reallaşması uzaq planlar üçün nəzərdə tutulub. İndidən konkret tarix demək mümkün deyil.

Hələlik bu iki stansiyanın inkişafı və layihələndirməsindən söhbət getmir. Hazırda vacib məsələ şəhərin mərkəzindəki xətlərin ayrılmasıdır. Bakının 2008-2011-ci illərdə hazırlanan inkişaf istiqamətlərində Binəqədi, Yeni Yasamal, Qaraçuxur və Razin də nəzərdə tutulub.

Bir məsələni qeyd edim ki, Xocəsən metro stansiyasından Sədərək ticarət mərkəzinə heç bir metro xətti olmayacaq".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man