Taksilərlə bağlı vahid tarif nələri dəyişəcək? - AÇIQLAMA

Gündəm 17 Fevral 2022 | 14:38
OXUNUB: 742

Bir müddətdir sosial şəbəkələrdə taksilərlə bağlı vahid tarif məsələsi müzakirə obyektinə çevrilib. Lakin daha çox bunun mənfi tərəfləri qeyd olunur  - məsələn, vahid tarif olarsa,  müştərinin indiki kimi seçim imkanı olmayacaq, taksi sürücüləri arasında işsizlik artacaq və s.

Bununla bağlı Sfera.az-a açıqlama verən nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı bildirib ki, taksi fəaliyyətində vahid tarifin müəyyənləşdirilməsinin heç bir ziyanlı tərəfi yoxdur. Onun sözlərinə görə, əksinə həm müştərilər, həm də sürücülər üçün normal şərtlər olmalıdır:

"Burada sürücülərin istismarından söhbət gedir. Bu gün taksi sürücüləri aşağı qiymətə müştəri daşımaq məcburiyyətində qalırlar. Hətta öz aralarında belə avtobus qiymətinə işlədikləri barədə danışırlar. Doğrudan da vəziyyət o həddə çatıb ki, onlar bəzi şirkətlər tərəfindən istismar olunurlar. Bu baxımdan vahid tarifin müəyyənləşdirilməsi vacibdir. Tariflər müəyyən edilən zaman, əlbəttə, seçim imkanları olur. Yəni aşağı və yuxarı hədd təyin edilir. Məsələn, deyək ki, 1 kilometrə 10 qəpik tarif müəyyən olunub və sən onu müştəriyə 8-9 qəpiyə təklif edə bilməzsən. Yaxud ən yuxarı hədd tutaq ki, 20 qəpikdir. Eləsi var, 10 qəpiyə ekonom xidmət göstərəcək, eləsi var 15 qəpiyə biznes xidmət, ya da "vip” xidməti 18-20 qəpiyə göstərəcək. Ondan aşağı və ya yuxarı ola bilməz. Vahid tarifin olması bunu deməyə əsas verir”.

Müsahibimiz deyib ki, bu gün bazarda xaotik vəziyyət yaranır:

"Xüsusən "Maxim”, "Yandex”, "Uber” kimi şirkətlər, hansı ki, arxalarında erməni mənşəli iş adamları dayanır, Azərbaycan bazarlarına giriblər və burada aqreqator rolunu oynayaraq pul qazanırlar. Bu pullar heç bir vergi ödənilmədən birbaşa xaricə, ermənilərin cibinə axır. Söhbət budur – həmin şəxslər bazarda qiyməti "su qiyməti”nə salıblar, beləliklə sürücüləri onlarla birgə işləməyə məcbur edirlər ki, sizə müştərilər verəcəyik. Taksi sürücüsü isə gün ərzində neçə saat işləməlidir ki, həm evinə pul apara bilsin, həm bunlara faiz versin, həm də maşına yanacaq ala, təmir xərclərini ödəyə bilsin, vergi ödəsin, fərqlənmə nişanı alsın və s. axırda da yazıq bir tikə çörək ala bilsə, evinə aparsın.  Ona görə də, sürücüləri bu istismarçılardan qurtarmaq üçün vahid qiymət müəyyənləşməlidir”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man