Daxili İşlər Nazirliyi (DİN) dünən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti vəzifəsindən istefa verən Ramiz Mehdiyevin köməkçisinin saxlanılması ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
DİN Mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov Avtosfer.az-ın sorğusuna cavab olaraq bildirib ki, Eldar Əmirov dünən Daxili İşlər Nazirliyinə daxil olmuş bir məlumatın araşdırılması məqsədilə Nazirliyin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin (“Bandotdel”) əməkdaşları tərəfindən saxlanılıb:
“Hazırda məsələ barədə araşdırma aparılır”.
Qeyd edək ki, Eldar Əmirov R.Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin Prezident Administrasiyasında rəhbər olduğu vaxtlar onun köməkçisi də işləyib.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man