Xəstəxana var, tibbi avadanlıq var - amma həkim yoxdur - VİDEO

Gündəm 12 Fevral 2022 | 20:40
OXUNUB: 1247

Tərtər rayon Mərkəzi Xəstəxanasında həkim çatışmır. Tibb ocağında həkim çatışmazlığı yaşandığından insanlar digər rayon və şəhərlərə getməli olurlar. Bu da yerli sakinlər üçün vaxt itkisi və əlavə xərc deməkdir.

Xəstəxana müasir tibbi avadanlıqlarla təchiz olunsa da, mütəxəssis sarıda qıtlıq yaşayır. Görüntülər Tərtər rayonundandır. 121 çarpayılıq Tərtər Mərkəzi Rayon Xəstəxanası 2012-ci ildə əsaslı təmir olunduqdan və müasir tibbi avadanlıqlarla təchiz edildikdən sonra istifadəyə verilib. Buna baxmayaraq, ağır yaralıları burada əməliyyat etmək mümkün deyil. Səbəb isə ixtisaslı həkim çatışmazlığıdır. Rayon sakinləri iddia edirlər ki, mərkəzi xəstəxanada yalnız ilkin tibbi yardım göstərilir və sonra xəstə Bərdə xəstəxanasına getməyə məcbur qalır. Bu da onlara əlavə vaxt itkisinə və xərclərə başa gəlir... Bərdə rayon mərkəzi xəstəxanasından isə bildirildi ki, onlara müraciət edənlərin sayı ildən ilə artır. Buna səbəb qonşu rayonlarda yaşanan həkim çatışmazlığıdır. Tərtər rayon mərkəzi xəstəxanasından aldığımız məlumata görə, hazırda rayon xəstəxanasında 30 vakant yer var. Xəstəxana üçün ən vacib həkimlər isə cərrah, travmatoloq və anestezioloqdur. Xəstəxananın direktor əvəzi və baş həkiminin müalicə işləri üzrə müavini Sevda Əliyeva bildirdi ki, lazım olan ixtisaslar üzrə həkimlərin rayon mərkəzi xəstəxanasına cəlb edilməsi üçün işlər aparılır. Bununla bağlı aidiyyəti üzrə dövlət orqanlarına və Tibb Universitetinə müraciət edilib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man