Ting bazarında canlanma var - nələrə diqqət etmək lazımdır? - VİDEO

Gündəm 12 Fevral 2022 | 20:30
OXUNUB: 773

Bazarlarda ting satışında canlanma var. Alıcılar daha çox  meyvə tinglərinə üstünlük verirlər. Tinglərin qiyməti ağacın növündən, hündürlüyündən asılı olaraq 1-5 manat arasında dəyişir. Satıcılar deyirlər ki, bu il ting qiymətlərində artım müşahidə olunur 

Ting satışı bazarında canlanma müşahidə olunur. Tinglərin basdırılma mövsümünün başa çatmasına 1 ayadək vaxt qaldığından bağ salmaq istəyənlər ting bazarına üz tuturlar. Tərtər rayonunun Ələsgərli kəndində hələ sovetlər dövründən əhali tingçiliklə məşğul olub. Ölkəmizin meyvə tinginə olan tələbatının 70 faizindən çoxunu ödəyən kənddə hər il bir milyondan artıq ting yetişdirilir. Təsərrüfat sahiblərinin sözlərinə görə, kənddə respublikamızda mövcud olan milli genefonda uyğun yerli meyvə və giləmeyvə ağac cinslərinin əksəriyyəti, eləcə də dekorativ ağac və kollar becərilir. Təsərrüfat sahibləri həm becərdikləri tinglərin satışı, həm də sahələrdə erkən əkin işləri ilə məşğuldurlar. Tovuzda da çox sayda təsərrüfat sahibi ting satışı ilə məşğuldur. Bu sahənin mütəxəssislərinin bağ salmaq istəyənlərə tövsiyələri var. Satıcılar bildirirlər ki, daha çox calaq edilmiş tinglərin satışına üstünlük verirlər. Qiymətə gəlincə isə, 2 manatdan başlayır və meyvənin növünə, tingin böyüklüyünə və tez bar verən olmasına görə dəyişir. Hazırda meyvə ağaclarına tələbat çoxalsa da, həmişəyaşıl və dekorativ bitki kolları da daha çox satılan tinglər arasındadır. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man