Paytaxt küçələrini tıxacsız təsəvvür etmirik. Ancaq son vaxtlar Bakı yollarında sıxlıq xeyli azalıb.
Avtosfer.az xəbər verir ki, hətta günün pik saatlarında iflic vəziyyətinə düşən küçələrdə də indi avtomobillər rahat hərəkət edə bilirlər. Bunun da səbəbini sürücülər tələbələrin tətilə çıxmalarında görürlər. Nəqliyyat məsələləri üzrə ekspert Elməddin Muradlı isə tıxacların azalmasını bir neçə amillə əlaqələndirir. Ekspertin fikrincə, tıxacların əsas səbəblərindən biri də Sumqayıtdan Bakıya işləmək üçün gələn insanların sayının çoxalmasıdır. Ekspertin fikrincə, paytaxtda tələbə axınının sayının azaldılması da tıxac problemi qismən həll edə bilər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man