Pullu yol nə vaxt hazır olacaq? - VİDEO

Gündəm 11 Fevral 2022 | 23:28
OXUNUB: 1129

Ödənişli olması nəzərdə tutulan Bakı-Quba-Rusiya ilə dövlət sərhədi yeni avtomobil yolunun tikintisi sürətləndirilib.

Avtosfer.az-ın məlumatına görə, ümumi uzunluğu 150 km. olan layihə üzrə işlər 5 hissədə aparılır. Magistralın Xızı rayonunun Yaşma və Giləzi qəsəbələri arasında yerləşən 30 km-lik 1-ci hissəsi üzrə tikinti işləri tamamlanıb. Digər 4 hissədə isə -120 km-lik məsafədə işlər davam etdirilir. Yeni yol ödənişli yolların standartlarına uyğun salınır. Magistralda sürücü və sərnişinlərin təhlükəsizliyi baxımından yola maneənin çıxmasının qarşısını almaq məqsədilə hər iki tərəfdən çəpərlənmə işləri də aparılır. Həmçinin yol boyu 55 yolötürücüsü və körpü tikilir.  Ödənişli yol istifadəyə verildikdən sonra sürücülərə alternativ imkan yaratmaq üçün paralel olaraq köhnə Bakı-Quba yolunun da təmiri aparılır. Yolun 16-30-cu  kilometrliyində işlər tam yekunlaşıb. Hazırda 30-cu kilometrlikdən başlayaraq Tağıyev qəsəbəsi istiqamətində yolun enlənməsi, ardınca isə asfalt-beton örtüyü ilə döşənməsi işləri həyata keçirilir. Həmçinin yol çiyinləri və zəruri yerlərdə keçidlər inşa edilir. Avtomobil Yolları Dövlət Agentliyindən verilən məlumata görə, köhnə Bakı-Quba yolunun da birinci texniki dərəcəyə uyğun təmir edilməsi, üçqat asfalt beton örtüyünün döşənməsi nəzərdə tutulur. Sumqayıtdan başlayaraq ümumilikdə 16 km-lik məsafədə genişləndirilmə işləri görüləcək. Həm ödənişli yolda, həm də köhnə Bakı-Quba yolunda layihə üzrə işlərin ilin sonuna qədər yekunlaşdırılması hədəflənir.

Videomaterialı təqdim edirik:

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man