Apteklərdə ucuz dərmanlar yoxa çıxarılıb, bahalı dərmanlar satılır - Maxinasiya və ya...

Gündəm 11 Fevral 2022 | 18:21
OXUNUB: 860

Tarif Şurasının dərman vasitələrinin qiymətlərilə bağlı qərarından sonra paytaxt apteklərindən bir sıra dərmanlar, demək olar ki, qəhətə çıxıb. Son zamanlar koronavirusun “Omikron” ştammına yoluxanların sayında kəskin artım müşahidə olunur. Əlbəttə ki, xəstəlik əlaməti olan və ya bunun olacağını hiss edənlər dərhal apteklərə üz tutur. Bu zaman insanlar dərmanın keyfiyyətli olması ilə yanaşı, ucuz olmasına da xüsusi diqqət yetirir. Danılmaz faktdır ki, hər vətəndaşın bahalı dərmanlar almağa imkanı yoxdur. Buna görə də, təbii ki, ən çox ucuz dərmanlara tələbat var. Ancaq son günlər qiyməti hər kəsin büdcəsinə uyğun olan və ən çox tələbat yaranan preparatlar satışdan çıxarılıb. Belə ki, “Nimesil”, “Parasetamol”, “Solodki Sirop (Biyan kökü)”, dərmanlarının və “uşaq üçün kəpənək şpris”in tapılmadığı və depoda da olmadığı iddia edilir.

Cəfər Cabbarlı küçəsində olan apteklərdə 80 qəpiyə olan “Solodki Sirop” və 10 qəpik dəyərində olan “kəpənək” şprisin olmadığını bildirildi. Bu apteklərdən də uşaqlar üçün “Vazafiks” şprisi məsləhət görüldü. Onun qiyməti isə 5 dəfə baha, amma özü yararsızdır.

Məsələ ilə bağlı iqtisadçı Kamran Məmmədli bildirdi ki,  molekullar üzrə qiymətlərin təyin edilməsi daha ucuz və keyfiyyətsiz dərmanların ölkəyə gətirilməsinə səbəb olub: “Nəticə etibarilə bir ara ölkədə keyfiyyətli dərmanların qıtlığı yarandı. Türkiyəyə, Gürcüstana, eləcə də digər ölkələrə gedənlərə dərman sifarişi verilirdi. İndi o vəziyyət bir qədər düzəlib. Amma qiymətlər kifayət qədər yüksəlib. 13 min adda dərman qiymətləri tənzimlənib. Ölkədə dərmanlarla bağlı keyfiyyət problemi var və qiymət bahadır. Səbəb düzgün tənzimlənmə siyasətinin aparılmamasıdır. Son 3-4 ildə kiçik şirkətlər müflisləşib bazardan çıxdılar. Nəticədə bir neçə iri şirkətin bazarda diqtəsi yarandı ki, onlar da qiyməti istədikləri kimi tənzimləyə bilirlər”.

Həkim ekspert Pərvanə Mustafayeva bildirdi ki, bu gün virus, immun sisteminin zəifləməsi və bununla əlaqədar müxtəlif xəstəliklərin çoxalması ilə dünyada, o cümlədən ölkəmizdə xəstəliklərin aktuallaşmaşı nəticəsində dərman sənayesi qazanıb. Dərman bazarında isə istədikləri qiyməti diqtə edirlər. Digər tərəfdən, ölkəmizdə müharibədən əvvəl hökumətin dərman zavodunun açılması ilə bağlı qərarı var idi. Bu gün dünyada dərman sənayesi silah satışından sonra ikinci yerdə gəlir: “Dərman idxalında monopoliya olmamalıdır. Çünki o dərmanları almağa pul lazımdır. İmmun sistemi də zəifdir, ərzağın da çoxu xaricdən idxal edilir və əksəriyyət də keyfiyyətsizdir. Nəticədə insanlar həkimlərə müraciət edirlər. Əhalinin vəziyyətini nəzərə almaq lazımdır”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man