3-cü doza vaksin vurdurmayanlar fevralın 15-dən sonra metroya buraxılmayacaq?

Gündəm 11 Fevral 2022 | 13:29
OXUNUB: 1463

Fevralın 15-dən COVID-19 vaksininin 2-ci dozasının vurulmasından sonra altı aydan artıq vaxt keçən şəxslərin “Peyvənd sertifikatı” etibarlı hesab edilməyəcək. Nəticədə həmin şəxslər müəyyən məkanlara giriş edə bilməyəcəklər.

Maraqlıdır, üçüncü doza vaksin vurdurmayan şəxslər “Bakı Metropoliteni”nə daxil ola, metronun imkanlarından yararlana biləcəklərmi?

“Bakı Metropoliteni” QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Yenisabah.az-a açıqlamasında onlara bu haqda heç bir məlumat verilmədiyini bildirib:

“Hazırda üçüncü doza vurdurmayan şəxslərlə bağlı “Bakı Metropoliteni”nə göstəriş gəlməyib. Pandemiya dövründə qərarlar Operativ Qərargah tərəfindən tənzimlənir. Operativ Qərargahın qərarlarını da “Bakı Metropoliteni” birmənalı şəkildə icra edir. Lakin hələ ki, bu barədə "Bakı Metropoliteni”nə nə şifahi, nə də yazılı məlumat verilməyib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man