Taksi sürücülərinin NƏZƏRİNƏ- Yeniliklər olacaq

Gündəm 10 Fevral 2022 | 22:24
OXUNUB: 2843

Ölkəmizdə taksi fəaliyyəti yeni qaydalar əsasında formalaşacaq. Bununla bağlı yeni mexanizm hazırlanır. Ekspertlər hesab edirlər ki, yeni qaydalar bu sahədəki çatışmazlıqları aradan qaldıra bilər. Onların sözlərinə görə, yenilik sürücülərin gəlirinə də müsbət təsir göstərəcək.

Avtosfer.az xəbər verir ki,taksilərlə bağlı yeni qaydalar hazırlanacaq. Bu Prezident İlham Əliyevin imzaladığı Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında Fərmanda öz əksini tapıb. Yol hərəkəti üzrə ekspert Ərşad Hüseynov deyir ki, pandemiya dövründə taksilərə tələbatın artması bu sahədə xaotik vəziyyəti daha da ağırlaşdırıb. Onun sözlərinə görə, qanunvericilikdə taksi fəaliyyəti  ilə bağlı qaydalar tənzimlənməlidir. Ekspert bildirir ki, taksi şirkətlərinin sürücülərə diqtə etdiyi qaydalar bu sahədəki xidməti ictimai nəqliyyatdakı xidmətlər səviyyəsinə endirib. Ekspert hesab edir ki, aqerqator, taksi xidmətinə cəlb edilən avtomobil və sürücü də qanunvericilikdə müəyyən ediləcək tələblərə uyğun olmalıdır. Ərşad Hüseynov qeyd edib ki, sürücülərin iş saatları ilə bağlı məsələ də ciddi nəzarətə götürülməlidir.  Şirkətlərin təyin etdiyi qiymətlərdən şikayətlənən sürücülər isə taksilər üçün xüsusi parklanma yerlərinin olmasını da arzulayırlar.

Qeyd edək ki, yeni qaydaların 3 ay müdətinə hazırlanması nəzərdə tutulub.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man