Rusiya loukosteri Sankt-Peterburq-Bakı aviareysi üzrə uçuşlar yerinə yetirəcək

Gündəm 10 Fevral 2022 | 13:09
OXUNUB: 653

Rusiyanın "Smartavia" aşağıbüdcəli (loukoster) aviaşirkəti 5 mart tarixindən etibarən Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysi üzrə uçuşlara başlayacaq.

Avtosfer.az xəbər verir ki, aviadaşıyıcı həftədə bir dəfə olmaqla (şənbə günü) "Pulkovo" beynəlxalq hava limanından Bakıya uçuşlar yerinə yetirəcək.

Sankt-Peterburq-Bakı-Sankt-Peterburq reysinin cədvəlinə əsasən, Sankt-Peterburqdan uçuş yerli vaxtla saat 16:30-da, Bakıya eniş saat 21:15-də, Bakıdan uçuş saat 22:15-də, Sankt-Peterburqa eniş isə saat 01:15-də olacaq. Bakı-Sankt-Peterburq istiqamətə biletin qiyməti 192 manat, əks istiqamətdə isə 163 manat təşkil edir. Qiymətə 10 kq əl yükü daxildir.

Apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man