Bu yol bərbad vəziyyətdədir - Uşaqlar məktəbə gedə bilmir - VİDEO

Gündəm 09 Fevral 2022 | 23:10
OXUNUB: 1061

"Biz məktəbə getmək, təhsil almaq istəyirik. Amma bu yolla dərsə yollana bilmirik". Astaradan olan uşaqlar  belə bir çağırışla "XəzərXəbər"ə müraciət ediblər. Onlar  video çəkərək   votsap nömrəmizə göndəriblər. Uşaqlarla bərabər elə böyüklər də yaşadıqları ərazidə yolun  bərbad olmasından gileylənir. Onlar deyir ki, asfaltsız yol gediş-gəlişi çətinləşdirir, ərazidə  yaşayan uşaqların dərsə davamiyyətinə mənfi təsir göstərir. Əməkdaşlarımız uşaqların çağırışı ilə həmin kəndə yollanaraq problemi  yerində araşdırıblar.

Avtosfer.az xəbər verir ki, "XəzərXəbər"ə müraciət edən Astara rayon sakini Balazər Rəhmanov yaşadıqları ərazidə 5 kəndi birləşdirən və uzun illər əvvəl salınan yola heç vaxt asfalt döşənmədiyini bildirir. Onların yaşadığı kəndin bərbad halda olan yolundan isə yalnız günəşli havalarda keçmək mümkündür. Sakinləri  bu palçıqlı yolla bağlı daha çox narahat edən isə onların övladlarının hər səhər təhsil dalınca bu palçıqlı meşə yolu ilə 4 kilometr məsafəni qət edərək məktəbə getmələridir. Bərbad halda olan palçıq yol qış aylarında  gediş-gəlişi  daha da çətinləşdirir. Ərzaqla təminat və tibbi yardım məsələsi bu ərazidə yaşayan insanlara baha başa gəlir. Sakinlər deyir ki, yaxınlıqdakı Züngüləş kəndinə qədər yeni asfalt yol çəkilsə də, onların yaşadığı ərazinin yolu elə olduğu kimi qalıb. Məsələ ilə bağlı Səncərədi kənd inzibati ərazi dairəsi üzrə nümayəndə Ağamalı Əliyev bildirdi ki, əslində sakinlərin adını çəkdiyi kəndlər uzun illər əvvəl ləğv edilib və hazırda ora Milli Parkın ərazisidir. Onların yaşadıqları evlərin və torpaq sahələrinin isə heç bir rəsmi sənədi yoxdur. Kənd icra nümayəndəsi  onu da bildirdi ki, Hirkan Milli Parkı hətta sözügedən ərazi boşaldılmasını sakinlərdən tələb edir.  

 

 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man