BNA bu səbəbdən meriyaya verilib - GÖZLƏNTİLƏR NƏLƏRDİR...

Gündəm 09 Fevral 2022 | 12:38
OXUNUB: 544

“Bakı Nəqliyyat Agentliyinin (BNA) Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi sərnişindaşıma xidmətlərinin vahid bir mərkəzdən idarə olunmasına xidmət edir”. Bunu modern.az-a Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov “Bakı şəhərinin inzibati ərazisində nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi haqqında” Prezidentin fərmanını şərh edərkən bildirib. O qeyd edib ki, Bakı şəhəri böyük meqapolisə çevrilib, paytaxt sakinlərinin ictimai nəqliyyata tələbatı durmadan artır və buna adekvat olaraq şəhər ərazisində yüz minlərlə sərnişinə müasir nəqliyyat xidmətləri göstərmək, onların təhlükəsizliyini təmin etmək çətinləşir:

“Ümumiyyətlə, nəqliyyat sahəsində xidmətlərin keyfiyyətinin yüksəldilməsi, habelə bu sahədə idarəetmənin təkmilləşdirilməsi ölkəmizdə aparılan islahatların tələbləri kimi qarşıda duran əsas məsələlərdəndir. Ona görə də, son illər nəqliyyat sahəsində aparılan islahatların davamı olaraq şəhər nəqliyyatında da bu istiqamətdə ardıcıl və fasiləsiz tədbirlərin həyata keçirilməsi qaçılmaz reallığa çevrilib. Bu baxımdan Bakı Nəqliyyat Agentliyinin Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyinə verilməsi sərnişindaşıma xidmətlərinin vahid bir mərkəzdən idarə olunmasına xidmət edir”.

Deputat qeyd edib ki, Şəhər İcra Hakimiyyəti paytaxtın spesifikasını daha yaxşı bilir, ona görə də Bakı şəhərinin inzibati ərazisində yol hərəkətinin təşkili, ümumi istifadədə olan nəqliyyat vasitələri ilə müntəzəm sərnişindaşıma və taksi minik avtomobilləri ilə sərnişindaşıma sahəsində həyata keçirilən fəaliyyətin təkmilləşdirilməsi ilə müsbət tədbirlər görəcəyinə əminlik var:

“Şəhər nəqliyyatı təkcə, ictimai nəqliyyat vasitələrindən ibarət deyil, paytaxt həm də geniş taksi xidməti ilə əhatə olunub. Bakıya xaricdən minlərlə turist gəlir, onların xidmət səviyyəsini daha yüksək şəkildə təmin etmək üçün taksi fəaliyyəti də təkmilləşdirilməlidir. Ümumilikdə, bütün nəqliyyat xidmətləri müasirləşməlidir.

Əminəm ki, həyata keçirilən tədbirlər nəticəsində, sərnişinlərin təhlükəsizliyinin, sağlamlığının və rahatlığının daha yüksək səviyyədə təmin edilməsi, eyni zamanda, taksi sürücülərinin əmək şəraitlərinin yaxşılaşdırılması, sosial rifahının və gəlirlərinin artması, taksi fəaliyyətinə peşə kimi münasibətin formalaşdırılması, dövlət nəzarətinin gücləndirilməsi kimi məsələlər həllini tapacaq”.

A.Hüseynov “Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyətinin Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsini də müsbət dəyərləndirib. Onun fikrincə, bu sahədə müəyyən pərakəndəlik var idi: “BNA nəqliyyatın idarə edilməsi sahəsində bir sıra çatışmazlıqları həll etsə də, bir çox hallarda nəqliyyat sisteminin idaredilməsində yeni texnologiyaların tətbiqi və s. məsələlərdə əhəmiyyətli addımlar ata bilmədi. Həmin sahədə hədsiz geniş təcrübəyə malik Yol Polisi isə daha ağıllı texnologiyaları tətbiq etməklə son illərdə paytaxt nəqliyyatının idaretmə texnologiyaları ilə tənzimlənməsində xeyli uğurlar əldə edib. Ona görə də, Bakı şəhərinin Nəqliyyatın İntellektual İdarəetmə Sisteminin Daxili İşlər Nazirliyinin tabeliyinə verilməsi bu sahədə də pərakəndəliyi aradan qaldıracaq, daha mütərəqqi və davamlı texnologiyalara əsaslanaraq idaretmənin inkişaf etdirilməsinə səbəb olacaq”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man