İşğaldan azad edilən ərazilərdə yenidənqurma işlərinə gənclər cəlb ediləcək - VİDEO

Gündəm 05 Fevral 2022 | 22:46
OXUNUB: 873

İşğaldan azad edilən ərazilərin dirçəldilməsi həm də gənclər üçün yeni iş yerlərinin açılması deməkdir. Çünki müasir üslubda yaradılan infrastruktur məhz onların fəaliyyəti ilə tamamlanacaq. 

Bu fikirləri millət vəkili Ceyhun Məmmədov deyib.

O bildirib ki, gənclərin bu ərazilərdə işlə təmin olunması dövlətin prioritet məsələlərindəndir. Hazırda Şuşada bir neçə otel və iaşə obyektləri, o cümlədən ayrı-ayrı strukturlarda gənclər işlə təmin olunub. Həmçinin Füzuli Beynəlxalq Hava Limanında çalışanların da böyük əksəriyyəti gənclərdir. Növbəti mərhələdə gənclər üçün  bu imkan işğaldan azad olunan digər rayonlarda da yaradılacaq.

Millət vəkilinin sözlərinə görə, hazırda  ölkəmizdə gənclərin könüllülük fəaliyyəti də çox geniş vüsət alıb. Demək olar ki, əksər  dövlət qurumlarında könüllülər üçün  geniş imkanlar yaradılıb. Bu isə yeni gənc nəslin daha mükəmməl yetişməsinə öz töhvəsini verməklə yanaşı, onların  dünyaya fərqli aspektdən yanaşmasını təmin edir.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man