"Hazırda qapanmalara getməyə lüzum görmürəm" - Həkim

Gündəm 02 Fevral 2022 | 15:58
OXUNUB: 626

Son günlər ölkəmizdə koronavirus infeksiyasına yoluxanların sayında artım müşahidə olunur. Ötən gün Nazirlər Kabineti yanında Operativ Qərargahın yaydığı məlumata görə, koronavirusa 5223 yoluxma faktı qeydə alınıb. Bəs görəsən  COVID-19-a yoluxanların sayının artması qapanmalara səbəb ola bilərmi?

Tanınmış həkim, tibb elmləri doktoru, professor Adil Qeybulla "Unikal"a açıqlamasında bildirib ki, "Omikron" ştamı həddən artıq yoluxucu olduğu üçün bu cür yayılması gözlənilən idi. 

Onun sözlərinə görə, virusun öldürücülüyü əvvəlki ştamlarla müqayisədə xeyli aşağıdır:

"Buna baxmayaraq, yeni bir dalğa yarada bildi. Yoluxmanın artması da onla bağlıdır. Doğrudur, yoluxma geniş yayılıb. Amma bir şeyi nəzərə almaq lazımdır ki, Azərbaycan əhalisi kollektiv imunitetə daha yaxındır. Yəni, vaksinasiya olunanların və yoluxub sağalanların sayı 70-75 faizi əhatə etdiyi üçün kollektiv imunitetə daha yaxınıq. Bizdə başqa ölkələrlə müqayisədə epidemoloji vəziyyət pis deyil. Hazırda xəstəxanalarda yelər var. Diqqət olunmalıdır ki, xəstələrin içərisində daha ağır olanlar mülaicə üçün xəstəxanaya yerləşdirilsin. Xəstəliyi yüngül keçirənlərin isə həkim nəzarəti altında ev şəraitində müalicə olunmaları daha məqsədəuyğundur". 

Həkim qeyd edib ki, hazırda qapanmalara getməyə lüzum görmür:

"Dünya ölkələrinin təcrübəsi də göstərir ki, qapanmalara getməyə ehtiyac yoxdur. Bir çox ölkələrdə demək olar ki, qapanmalardan imtina etdilər. Biz də onlara uyğun qərarlar verməliyik".

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man