Bağça binasında toyuq kəsimi ilə məşğul olurlar - FOTO - VİDEO

Gündəm 02 Fevral 2022 | 01:16
OXUNUB: 2643

Masallıda vaxtilə şəhidin adını daşımış uşaq bağçasının binası hazırda yararsız vəziyyətdədir. Hətta binanın içərisində toyuq kəsimi ilə məşğul olurlar. Hazırda istifadəyə yararsız halda olan bina vaxtilə 10 il Masallının Böyük Xocavar kəndinin bağçası kimi fəaliyyət göstərib.

1998-ci ildə tam tərk olunan binadan fəaliyyəti dövründə yaxın kəndlərin sakinləri də bağça kimi istifadə ediblər. Böyük Xocavar kəndinin sakinləri istəyir ki, bina təmir edilib, yenidən bağça kimi fəaliyyətə başlasın. Onlar da övladlarını uzaq məsafələrə aparmaq məcburiyyətində qalmasınlar. 

Bina həmçinin antisanitar vəziyyətdədir. Bəzi otaqları toyuqların kəsimi üçün istifadə edilir. 1994-cü ildə şəhid olmuş Emil Əzizovun adını daşıyan bağçadakı mənzərə acınacaqlıdır.

Kəndin icra nümayəndəsi Həbib Həbibov binanın təmirinin rentabelli olmadığını qeyd edib.

Qəzalı bina ilə bağlı Masallı Rayon Təhsil Şöbəsindən bildiriblər ki, sözügedən bina 30 ilə yaxındır onların balansında deyil və orada uzun müddət məcburi köçkünlər məskunlaşıb. Hazırda həmin tikilinin bağça kimi fəaliyyət göstərməsi üçün həç bir şərait yoxdur.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man