Yollarda sarı xətlərə dair tələb noyabrdan qüvvəyə minəcək

Gündəm 01 Fevral 2022 | 15:08
OXUNUB: 544

“Son vaxtlar yollara daha yaxşı görünmələri üçün sarı xətlər çəkilib. Bakı Nəqliyyat Agentliyi qanunvericiliyə uyğun olmayan sarı xətlər barədə onlarda məlumat olduğunu bildirib”.

Avtosfer.az-ın məlumatına görə, bunu bu gün Milli Məclisin yaz sessiyası çərçivəsində keçirilən ilk plenar iclasında “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanununun layihəsinin birinci oxunuşda təqdimatı zamanı deputat Kamal Cəfərov bildirib.

K. Cəfərov deyib ki, sarı xətlərlə bağı tələbin 2022-ci ilin noyabr ayında qüvvəyə minməsi təklif edilib: “Qeyd etdiyim kimi, Bakı Nəqliyyat Agentliyi qanunvericiliyə uyğun olmayan sarı xətlər barədə onlarda məlumatın olduğunu bildirib və ona görə də 2022-ci ilin noyabrında bununla bağlı tələbin qüvvəyə minməsi ilə bağlı keçid müddəası müəyyənləşir. Sarı xətlər dayanma və durma qaydalarını bilmək üçün ən yaxşı vasitəyə çevriləcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man