Türkiyə bayrağına hörmətsizlik edən şəxs 30 sutka həbs edildi

Gündəm 31 Yanvar 2022 | 22:49
OXUNUB: 1052

Türkiyə Respublikasının Dövlət Bayrağına hörmətsizlik edən Fuad İsmayılov barəsində məhkəmə qərarı elan olunub.

Avtosfer.az xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 535.1-ci (Polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə) maddəsi ilə təqsirli bilinərək 30 sutka inzibati qaydada həbs edilib.

Qeyd edək ki, sosial şəbəkələrdə paytaxtın Nizami rayonu ərazisində qardaş ölkənin bayrağına qarşı hörmətsizlik edildiyi əks olunan video yayılmışdı. Polis tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri ilə görüntüdəki 1985-ci il təvəllüdlü Fuad İsmayılov qısa müddətdə saxlanılıb.///apa

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man