Prezidentin Medvedevə yazdığı məktub nələrdən xəbər verir? - ŞƏRH

Gündəm 07 Yanvar 2022 | 16:07
OXUNUB: 1151
"Bu etiraz rəsmi Bakının Moskvaya ərazi bütövlüyü və suverenliyi məsələsində güzəşt olmayacağını ən yüksək səviyyədə çatdırmasıdır”.
 
Sfera.az bildirir ki, bunu siyasi şərhçi Asif Nərimanlı prezident İlham Əliyevin hakim "Vahid Rusiya” partiyasının üzvü Vitali Milanovun Qarabağa qanunsuz səfəri ilə bağlı Medvedevə göndərdiyi məktubdan danışarkən deyib.

Siyasi şərhçi qeyd edib ki, Milanov Qarabağda "rus icması” planının aparıcı fiqurudur və bu planın indi aktivləşdirilməsi səbəbsiz deyil:

"Azərbaycan-Ermənistan sərhədinin müəyyən edilməsi ilə İrəvanın oyundankənar vəziyyətə düşəcəyi məlumdur və bu, Qarabağdakı separatçı-terrorçuların bizim daxili məsələmiz olduğu faktını daha da gücləndirəcək. Paşinyanın "Qarabağın statusu” ilə bağlı son açıqlaması da İrəvanın separatçı-terrorçuları rusların qucağına itələdiyini deməyə əsas verir. Ermənistanın oyundan çıxması Qarabağda güc balansını Azərbaycanın xeyrinə dəyişəcək və bu, rus sülhməramlılarının bölgədə nəzərdə tutulan vaxtdan daha çox qalması perspektivini də zəiflədir.

Rusiya məhz indi – Ermənistanın oyundan çıxması prosesinin getdiyi vaxtda "rus icması” kartını da işə salır. Bu, Moskvanın bölgədə mövcudluğunu davam etdirmək "arqumentini” gücləndirmək və əlavə rıçaqlar qazanmaq planıdır”.

A.Nərimanlının sözlərinə görə, Rəsmi Bakı bu plana qarşı ən yüksək səviyyədə mövqe ortaya qoydu:

"Əliyev bununla Rusiyaya açıq mesaj verir:  "Birincisi, "Rus icması” planından xəbərdarıq mesajı. İkincisi, ərazi bütövlüyü və suverenliyimiz məsələsində güzəşt olmayacaq. Rəsmi Bakının ən yüksək səviyyədə etirazı Qazaxıstan hadisələri fonunda da xüsusi diqqət çəkir. Əliyevin mümkün risklərə qarşı Qarabağda müəyyən gedişlər edəcəyi də istisna deyil”.

Günay Rəsulqızı
Sfera.az
Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man