Laçın və Kəlbəcərdə yol infrastrukturu yenidən qurulur - Yeni görüntülər VİDEO

Gündəm 27 Yanvar 2022 | 23:13
OXUNUB: 1181

İşğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma və bərpa işləri uğurla davam edir. Bu işlərin ən öndə gedəni isə yolların bərpası, yol -nəqliyyatı infrastrukturunun yenidən qurulmasıdır. Laçın ərazisində də böyük yol infrastruktur işləri görülür.

9 ay ərzində Laçının ərazisində bütün istiqamətlərdə yollar genişləndirilib, xeyli istiqamətlərdə yeni yollar salınıb.

Nəqliyyat eksperti Ərşad Hüseynov deyir ki, ötən ilin aprelindən başlayaraq Laçın və Kəlbəcərdə yol tikintisi və mövcud yolların bərpası işləri gedir. Vaxtilə mövcud olan yollar isə genişləndirilib.

Ərşad Hüseynov bir sıra istiqamətlərdə yeni yollar salındığını vurğulayıb. Bildirib ki, uçurum olan yerlərdə avtomobilin yoldan çıxmaması üçün hələlik sadə üsulla maneələr yaradılıb. Asfalta qədər bütün işlər görülüb.

"Laçında yol işlərini Ordumuzun mühəndis bölmələrinin də iştirakı ilə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin cəlb etdiyi müxtəlif təşkilatlar icra edir",- deyə Ərşad Hüseynov əlavə edib.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man