"Türkiyə hər zaman Qazaxıstanın yanındadır”.
Sfera.az xəbər verir ki, bunu Türkiyə Böyük
Millət Məclisinin sədri Mustafa Şəntop Tvitter hesabında yazıb.
"Dost və qardaş ölkə Qazaxıstanda baş verənləri
yaxından və kədərlə izləyirik. İnanırıq ki, Qazaxıstan dövləti və qardaş
Qazaxıstan xalqı sağlam düşüncə ilə bu ağır günləri dəf edəcək, tezliklə sülh və
sabitliyə qovuşacaq", - deyə Şəntop bildirib.
Turan Rzayev