Bakıda müəllimin döyülməsinin təfərrüatı: Oyuncaq tapança ilə...

Gündəm 26 Yanvar 2022 | 11:57
OXUNUB: 412

Ötən gün müəllimi döyən şəxslə bağlı cinayət işi açıldığına dair məlumat vermişdik. Hadisənin yeni təfərrüatı məlum olub. 

Daxili İşlər Nazirliyindən (DİN) Avtosfer.az-a verilən məlumata görə, Xətai rayon Polis İdarəsinin 35-ci Polis Bölməsinə yanvarın 24-də rayon ərazisində yaşayan F.Hüseynovun evinə gəlmiş şəxsin xuliqanlıq zəminində onu silahla hədələyərək döyməsi barədə məlumat daxil olub.

Dərhal polis əməkdaşları tərəfindən müvafiq tədbirlər həyata keçirilib. Əməliyyat-axtarış tədbirləri nəticəsində bu əməli törətməkdə və görüntüsünü sosial şəbəkədə yaymaqda şübhəli bilinən Ağdaş rayon sakini F.Əfəndizadə qısa müddətdə müəyyən edilərək saxlanılıb. Ondan hadisəni törədərkən istifadə etdiyi oyuncaq tapança da götürülüb.

Araşdırma aparılır.

Qeyd edək ki, ötən gün sosial şəbəkələrdə məktəb müəlliminin bir nəfər naməlum şəxs tərəfindən döyülməsini əks etdirən video paylaşılıb.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man