Bakıda Daxili İşlər Nazirliyinin (DİN) əməkdaşları qanunsuz parklanmaya qarşı reydlər keçirib. Avtosfer.az xəbər verir ki, Səbayel, Yasamal və Xətai rayonlarında reydlər zamanı bir çox ərazilərin qanunsuz olaraq parklanma kimi istifadə edilməsi və bunun müqabilində pul alınması faktları ortaya çıxıb. Vətəndaşlardan pul yığan şəxslərlə müvafiq söhbətdən sonra bəziləri əməllərinin qanunsuz olduğu anlasa da, bəziləri buna məhəl qoymayacaqlarını deyiblər.
Texniki baxış rüsumu: 30 man
Qeydiyyat şəhadətnaməsi: 30 man
Nömrə nişanı: 30 man