Türkiyədə yağan qarın Azərbaycana təsiri olacaq? - AÇIQLAMA - XƏBƏRDARLIQ

Gündəm 25 Yanvar 2022 | 13:18
OXUNUB: 417

“Ötən illərlə müqayisədə bu ilin yanvar ayı daha çox qarlı günlərin sayı ilə fərqləndi”.

Bunu Avtosfer.az-a açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətinin rəisi Umayra Tağıyeva bildirib.

Onun sözlərinə görə, hazırda Türkiyədə, Rusiyada intensiv qar yağması müşahidə olunur:

“Soyuq hava kütlələri cənub enliklərə hərəkət edərək hava şəraitinin kəskinləşməsinə səbəb olub. Azərbaycanda isə yanvarın 26-da hava şəraitinin nisbətən mülayim keçməsi gözlənilir. Əksər rayonlarda axşama kimi əsasən yağmursuz keçəcək. Havanın temperaturu yanvar ayının iqlim normasına uyğun olacaq”.

O, Türkiyədə yağan intensiv qarın Azərbaycanda gözlənilməsindən də danışıb:

“Artıq yanvarın 26-dan 27-ə keçən gecədən başlayaraq Naxçıvan Muxtar Respublikasından başlayaraq hava şəraiti yağıntılı olacaq, qar yağacaq. Ayın 27-i gün ərzində və ayın 28-ə keçən gecə respublikanın ayrı-ayrı rayonlarında sulu qar, dağətəyi rayonlarda qarın yağması və intensiv olması proqnozlaşdırılır. Türkiyədə yağan intensiv qar daha zəif formada ölkəmizdə özünü göstərəcək”.

U.Tağıyeva əlavə edib ki, yanvarın 27-də axşama doğru paytaxt və respublika ərazisində şimal-qərb küləyin güclənməısi gözlənilir:

“Yanvarın 28-də isə gündüz saatlarında külək mülayimləşəcək, axşama doğru yağıntılar kəsiləcək. Digər iki-üç gün ərzində hava şəraiti sabit, mülayim və əsasən yağmursuz keçəcək”.

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man