Ötən il DGK büdcəyə 4,3 milyard manatdan çox vəsait köçürüb

Gündəm 25 Yanvar 2022 | 12:12
OXUNUB: 295

Kütləvi informasiya vasitələrinin nümayəndələri üçün nəzərdə tutulan “Gömrük sistemində islahatlar: Nəticələr, perspektivlər” mövzusunda təliminin ikinci günü davam edir. 

Avtosfer.az xəbər verir ki, Dövlət Gömrük Komitəsi (DGK) Əməliyyat-istintaq Baş İdarəsi rəisinin 1-ci müavini Güloğlan Muradlının “Qaçaqmalçılıqla mübarizədə əldə olunan nailiyyətlər” mövzusunda təqdimatla çıxış edib. 

Onun sözlərinə görə, gömrük ödənişlərinin toplanması üzrə ötən ildə DGK tərəfindən 4,3 milyard manatdan çox vəsait dövlət büdcəsinə köçürülüb:  “Bununla da proqnoza 111,29 faiz əməl edilib. Yəni nəzərdə tutulan proqnozdan 440,37 milyon manat artıq toplanılıb”. 

Qurumun rəsmisi onu da bildirib ki, gömrük orqanlarının birbaşa vəzifəsi gömrük işi sahəsində cinayətlərə, həmçinin gömrük qaydaları əleyhinə inzibati xətalara və digər hüquqpozmalara qarşı mübarizə aparmaqdır:

“Eyni zamanda narkotiklərin, silahların, mədəni sərvətlərin, əqli mülkiyyət hüquqları obyektlərinin, yox olmaq təhlükəsi altında olan heyvanların və bitki növlərinin, başqa malların gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısını almaq əsas vəzifələr sırasındadır”. 

Bizim Telegram kanalımıza abunə olun

Şərh yaz

Xəbər haqqında fikirlərinizi yazın
Şahin
5 MART 2022 | 14:28
Təşəkkür edirəm cavaba görə. Avadanlığının və konstruksiyanın tərifi nədir zəhmət deyilsə bu barədə məlumat verərdiniz.
Emil
5 MART 2022 | 14:28
Piyada kecidin gözlemeden kecmeyin cerimesi

Sual-Cavab

Bütün suallarınızı neqliyyat.az saytının Sual-Cavab bölməsinə daxil olaraq soruşa bilərsiniz.

Kalkulyator

0.00

Texniki baxış rüsumu: 30 man

Qeydiyyat şəhadətnaməsi: 30 man

Nömrə nişanı: 30 man